“Everton”un sabiq futbolçusuna ömürlük həbs cəzası verilib
“Everton” və “Şeffild Yunayted”in sabiq yarımmüdafiəçisi Li Ti Çində korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Li Ti 2022-ci ilin noyabrında Çin futbolunda korrupsiya halları ilə bağlı aparılan istintaq zamanı həbs edilib.
Dindirilmə zamanı Li Ti dəfələrlə rüşvət aldığını etiraf edib. Xüsusilə, 2018-ci ildə “Everton”un sabiq futbolçusu 2019-2021-ci illərdə rəhbərlik etdiyi Çin millisinə baş məşqçi təyin olunmaq üçün təxminən 390 min avro ödəyib.
Keçmiş futbolçu Çinin ikinci liqasında danışılmış oyunların təşkilində iştirak etdiyini də təsdiqləyib.
Li Ti 2002-2006-cı illərdə “Everton”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin