“Everton”un hədəfi: İspaniyalı futbolçu

İspaniyalı yarımmüdafiəçi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Everton” 30 yaşlı futbolçunu transfer etməyi hədəfləyib. Eyni zamanda, oyunçu ilə Türkiyənin 2 klubu da maraqlanır.

Öncədən İsko “Union Berlin”ə keçməyə yaxın idi. Lakin Bundesliqa təmsilçisi futbolçunun maliyyə ehtiyaclarını qarşılaya bilmədi.

İspan futbolçu ötən ilin dekabrında “Sevilya” ilə müqaviləsini pozub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button