“Everton”un futbolçusu “Sportinq”də
Portuqaliyanın “Sportinq” klubu Avropada transfer pəncərəsinin son günündə heyətini daha iki futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, PSJ-dən Xeseni icarəyə götürən Lissabon təmsilçisi, onunla yanaşı “Everton”dan Yannik Bolasini, Donetsk “Şaxtyor”undan da Fernandonu heyətinə qatıb. Bu iki futbolçu da “Sportinq”də icarə əsasında forma geyinəcək. İcarə müqaviləsinin müddəti isə mövsümün sonunadək nəzərdə tutulub.
Bolasi 2016-cı ildən “Everton”da çıxış edir. Karyerası ərzində “Hillinqton”, “Floriana”, “Plimut”, “Rusden Diamonds”, “Barnet”, “Bristol Siti”, “Kristal Pelas” kimi klubların şərəfini qorumuş fransalı vinger son mövsümdə “Aston Villa” və “Anderlext”də icarədə oynayıb. 300 yaşlı futbolçu Konqo yığmasında 40 oyun keçirib, 9 qol vurub.
Fernando “Şaxtyor”a 2018-ci ildə “Palmeyras”dan transfer olunub. 20 yaşlı braziliyalı hücumçu Donetsk təmsilçisindəki debüt mövsümündə 22 oyuna 2 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin