“Everton” Premyer Liqada ən pis komanda deyil”
Keçmiş futbolçu Roy Kin İngiltərə kubokunun “Mançester Yunayted” – “Everton” (3:1) oyununu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Everton”un futbolçuları haqda danışıb:
“Düşünürəm ki, oyunun nəticəsi Frenk Lempardı (“Everton”un baş məşqçisi) oyada bilər. “Everton”un futbolçuları xarakter göstərdilər. Onlar “Mançester Siti” ilə oyunda da bunu etmişdilər. Qələbə qazanmasalar, onlara qarşı təzyiqlər artacaq. “Everton” Premyer Liqada ən pis komanda deyil”.
“Mançester Yunayted”in 1/16 final mərhələsindəki rəqibi püşkatma nəticəsində məlum olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin