“Dünyanın ən güclü komandasına uduzduq” – Ançelotti

“Everton”un baş məşqçisi Karlo Ançelotti İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində “Mançester Siti”yə məğlub olduqları görüşü şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ançelotti, 0:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Yaxşı oynadıq və bacardığımız hər şeyi etdik. 80 dəqiqə oyuna nəzarət edə bildik, buna görə xoşbəxtəm. Dünyanın ən güclü komandasına uduzduq. Rəqiblərimizə narahatlıq yarada bilirik. Bizim üçün yaxşı təcrübə oldu, təəssüflənmirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button