“Everton”un baş məşqçisinə cəza verildi
“Everton” klubunun baş məşqçisi Marko Silva cəzalandırılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiyasiyası portuqaliyalı mütəxəssisə 12 min funt-sterlinq pul cəzası verib. Buna səbəb, Silvanın İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Nyukasl” – “Everton” matçından (3:2) sonra görüşün baş hakimini tənqid etməsi olub.
İngiltərə Futbol Assosiyasiyası komandaların baş məşqçilərinə oyundan əvvəl və oyundan sonra baş hakimlər haqda danışmağı qadağan edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin