Sautqeyt Premyer Liqa komandasının baş məşqçisi ola bilər

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt Premyer Liqa komandasına rəhbərlik edə bilər.

Komanda.az “Give me Sport”-a istinadən xəbər verir ki, “Everton”un yeni rəhbərliyi Sautqeyti baş məşqçi postuna dəvət etməkdə maraqlıdır.

“Everton” Şon Dayçın rəhbərliyi altında yeni mövsümə uğursuz başlayıb. Komanda beş matçda cəmi bir xal toplaya bilib və hazırda turnir cədvəlinin sonuncudan əvvəlki pilləsində qərarlaşıb.

Sautqeytin İngiltərə Premyer Liqasında məşqçilik təcrübəsi var. O, 2000-ci illərdə “Midlsbro”ya rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button