“Everton”dan 38 yaşlı futbolçu ilə yeni müqavilə
“Everton” rəsmi saytı vasitəsilə müdafiəçisi Eşli Yanqla müqavilənin uzadıldığını elan edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə 2025-ci ilin ortalarına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İngiltərəli futbolçu ötən yaydan “Everton”da çıxış edir. O, həmin vaxtdan bəri 34 rəsmi oyun keçirib və 1 qol vurub.
Eşli Yanq əvvəllər “Aston Villa”, “İnter”, “Mançester Yunayted” və “Uotford” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin