
“Everton”dan “Əl Vahda”ya – FOTO
Braziliyalı yarımmüdafiəçi Allan “Everton”dan Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” klubuna keçib.
Komanda.az xəbər verir ki, 31 yaşlı braziliyalı ilə 2 illik müqavilə imzalanıb.
Allan 2020-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, əvvəllər Avropada “Napoli”, “Udineze” və “Qranada” kimi komandaların formasını geyinib.
Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqanın 28 oyununda 2 məhsuldar ötürmə edib, 7 sarı və 1 qırmızı vərəqə alıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin