“Everton”da yeni müqavilə
İngiltərənin “Everton” klubu müdafiəçisi Lukas Din ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransa yığmasının da üzvü olan sol cinah müdafiəçisi 2018-ci ildən “Everton”da çıxış edir.
Din daha öncə İtaliyanın “Roma”, Fransanın PSJ, İspaniyanın “Barselona” klublarında da çıxış edib. “Everton” onu məhz Kataloniya təmsilçisindən, 20.2 milyon avroya transfer etmişdi. Fransız futbolçu İngiltərə təmsilçisində indiyə qədər 97 matça çıxıb və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin