“Everton”da üç ayrılıq – rəsmi
İngiltərənin “Everton” klubu 3 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə Baye Umar Nyasse, Kuko Martina və Lyuk Qarbatt ilə başa çatmaqda olan müqavilənin yenilənməyəcəyi diqqətə çatdırılıb. Hər üç oyunçunun müqavilə müddəti iyunun sonunda başa çatacaq. İyulun 1-dən etibarən isə onlar azad agent kimi klubdan ayrılacaqlar.
Əvəzində sol cinah müdafiəçisi Leyton Beynsin komandada saxlanılması qərara alınıb. 35 yaşlı futbolçu ilə müqavilənin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin