Açıqladı – “Mançester Yunayted”dən ayrıla bilər
İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Markos Roxo klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, qış fasiləsində “qırmızı şeytanlar”dan ayrıla biləcəyini deyib:
“Mançester Yunayted” kimi böyük bir komandadan ayrılmaq çətindir. “Everton”a transfer olunmaq şansım var idi, amma klubun və baş məşqçinin qərarlarına görə bu, mümkün olmadı. Artıq dekabr ayınadək komandadakı yerimi qazanmağa çalışacam. Bu müddət ərzində heyətə daxil ola bilməsəm, “Mançester Yunayted”dən ayrılmağa çalışacam”.
2014-cü ildən “Mançester Yunayted”də çıxış edən müdafiəçinin klubla müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin