“Everton” yeni transferini açıqladı – Rəsmi

İngiltərəli futbolçu Eşli Yanq “Everton”a keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 2024-cü ilin iyun ayının sonuna kimi imzalanıb. O, kluba azad agent kimi keçib.

Eşli Yanq 2022/2023 mövsümündə bütün turnirlər daxil olmaqla “Aston Villa”da 32 oyun keçirib. Futbolçunun Birmingem klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.

Futbolçu karyerasının əvvəlində “Uotford”, “Mançester Yunayted” və “İnter”də də çıxış edib. Eşli Yanq İngiltərə millisində 39 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button