“Everton” Qrilişin transferi üçün səylərini artırıb

“Everton” hələ də “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Cek Qrilişi transfer etməyə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” ingilis futbolçunu icarəyə vermək niyyətindədir. “Everton” da vəziyyəti başa düşür və artıq onunla müqavilə imzalamaq üçün səylərini artırıb. Qrilişin həftəlik 300 min funt sterlinq olan maaşı onun icarəyə verilməsində əsas problemlərdən biridir.

MS artıq 29 yaşlı futbolçuya güvənmir. O, son olaraq “Palermo” ilə yoxlama matçı üçün heyətə daxil edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button