“Everton” portuqaliyalı hücumçu transfer etdi – Rəsmi

“Sportinq”in hücumçusu Şermiti “Everton”la müqavilə imzalayıb.

Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı portuqaliyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalı keçidin dəyərini 15 milyon avro qiymətləndirir.

Şermiti ötən mövsüm 22 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button