
“Everton” onu “Qarabağ”ın rəqiblərinə satmaqdan imtina edib
“Everton” yay transfer pəncərəsində müdafiəçisi Cerrad Brantueyti İngiltərə Premyer Liqasının aparıcı klublarına satmaqdan imtina edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 23 yaşlı oyunçu üçün “Liverpul” və “Çelsi” təkliflər versə də, “Everton” bunu rədd edib.
Brantueyt ötən mövsümdə bütün turnirlərdə 33 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. O, hazırda zədəsini sağaldır və bu mövsüm hələ meydana çıxmayıb.
İngiltərəli müdafiəçinin “Everton”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
“Çelsi” və “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibləridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



