“Everton” üçün tibbi müayinədən keçəcək
“Vilyarreal”ın vingeri Arno Danjuma icarə əsasında “Everton”a keçməyə razılaşıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək. İcarənin məbləği təxminən 3,5 milyon funt-sterlinq (4 milyon avro) olacaq.
Niderlandlı oyunçu 2021-ci ildə İspaniyanın “Vilyarreal” klubuna keçib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub. Oyunçunun təxmini dəyəri 25 milyon avrodur.
Danjuma 2023-cü ilin yanvarından “Tottenhem”də icarə əsasında çıxış edirdi. O, İngiltərə klubunda 12 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin