“Everton” müdafiədə 8 nəfərlə oynadı” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 18-ci turunun “Everton”la oyunundan sonra (1:1) fikirlərini bölüşüb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, rəqibi vurduğu baxımlı qol münasibətilə təbrik edib:
“Yaxşı oyun keçdi. Son üç matçda həqiqətən, yaxşı oynadıq. Bu, mənə nikbinlik verir. Evdə xal itirmək həmişə ağırdır. Lakin mən hər matçda oyun üslubumuzu daha da yaxşılaşdırmağa çalışıram.
“Everton” müdafiədə 8 nəfərlə oynadı. Belə oyunlarda doğru zamanda hücumlar qurmaq lazımdır. Məncə, biz bunu etdik. “Everton” gözəl qol vurdu. Onları təbrik edirəm. Ümumilikdə, biz çox yaxşı çıxış etdik”.
MS bu matçdan sonra 36 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Everton” isə 15 xalla 16-cı pillədədir.
Bizi Facebook-da izləyin