
“Everton” “Mançester Siti”nin daha bir futbolçusunu istəyir
“Everton” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin oyunçusu Natan Akeni transfer etmək niyyətindədir.
Komanda.az “Mail”-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi mersisaydlıların əsas hədəflərindən birinə çevrilib. Klub onunla bağlı danışıqlara başlamağa hazırdır.
“Everton” bu yay artıq “Mançester Siti”dən bir transfer reallaşdırıb. Yarımmüdafiəçi Cek Qriliş icarə əsasında komandanın sıralarına qoşulub.
Ake ötən mövsüm “şəhərlilər”in heyətində 20 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



