“Everton” – “Mançester Siti” matçında Ukraynaya möhtəşəm dəstək – VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun “Everton” – “Mançester Siti” matçında hər iki komanda Ukraynaya möhtəşəm dəstək nümayiş etdirib.

Komanda.az xəbər verir ki, sözügedən klublar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.

“Everton” futbolçuları meydana çıxarkən əyinlərinə Ukrayna bayrağı geyiniblərsə, “Mançester Siti”nin oyunçularının formalarında “sarı-göy” bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub. Tribunalarda bununla bağlı müxtəlif bannerlər də açılıb.

“Everton” və “Mançester Siti”nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək, qucaqlaşıblar.

Sözügedən qarşılaşma “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button