“Everton” məvacibləri azaltdı
İngiltərənin “Everton” klubu məşqçilərin və futbolçuların məvacibini azaldıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub, koronavirus səbəbiylə məşqçi və futbolçuların məvaciblərinin azaldılmasını qəbul etdiklərini bildirib. Qərara görə, baş məşqçi Karlo Ançelottinin məvacibi 30 faiz, əsas komandanın üzvlərinin məvacibi isə 50 faiz azaldılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin