“Everton”un hədəfi – Çempionşip klubunun futbolçusu

“Everton” Çempionşipdə çıxış edən “Lester”in vingeri Abdul Fatavunu transfer etməkdə maraqlıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Gənc oyunçu klubun həmin mövqedə nəzərdən keçirdiyi bir neçə variantdan biridir.

21 yaşlı futbolçu son mövsümdə 13 matçda çıxış edərək, 2 məhsuldar ötürmə verib. O, ötən ilin noyabrında dizinin çarpaz bağlarından aldığı ağır zədəyə görə uzun müddət yaşıl meydanlardan kənar qalıb və yalnız yeni mövsümün ilk turunda meydana dönüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button