“Everton” “sükan”ı keçmiş baş məşqçisinə tapşıra bilər

“Everton” yeni mövsümə zəif başlayıb.

Komanda.az “Football”-a istinadən xəbər verir ki, zəif nəticələr Sean Dayçenin “kreslo”sunu silkələyib. O, qovulsa, ingilislər David Moyesə müraciət edə bilər.

Premyer Liqanın ilk 3 turunda məğlub olan Mersisayd klubu 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

David Moyes daha əvvəl 2002-2013-cü illərdə “Everton”u çalışdırıb. Şotlandiyalı çalışdırıcı “Vest Hem”i ötən mövsümün sonunda tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button