
Alliyə yeni müqavilə təklif ediləcək
“Everton” klubu yarımmüdafiəçi Dele Alliyə yeni müqavilə təklif etməyə hazırdır.
Komanda.az “The Atlhletic”-ə istinadən xəbər verir ki, futbolçunun özü də İngiltərə Premyer Liqasında qalmaq istəyir.
İngilis futbolçunun Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.
Alli 2022-ci ilin yanvarında “Everton”a keçib. O, ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib. Alli ümumilikdə Türkiyə klubunda 15 oyun keçirib və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin