Abraham İngiltərəyə qayıda bilər
“Roma”nın hücumçusu Temmi Abraham İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Everton” ingiltərəli futbolçu ilə fəal maraqlanır.
Abrahm çarpaz diz bağı zədəsi səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı. Klubun “Jirona”dan Artyom Dovbiki almaq planlarını nəzərə alsaq, yeni mövsümdə onun “Roma”nın əsas hücumçusu olacağı ehtimalı azdır.
İngiltərəli forvard əvvəllər “Aston Villa” və “Çelsi”də çıxış edib. O, 2022-ci ilin yayında “Roma”ya transfer olunub.
26 yaşlı hücumçu 2021-ci ildə Tomas Tuxelin rəhbərliyi altında “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin