“Ona “Everton”u Avropaya qaytarmaq üçün şərait yaradılmalıdır”
“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager “Everton”la keçiriləcək kubok oyunu ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu, “Everton”un baş məşqçisi Karlo Ançelotti haqqında danışıb:
“Ançelotti bir vaxtlar “Liverpul”u çalışdıra bilərdi. Böyük ehtimalla, 80-ci illərin ortalarında “Everton”u çalışdıran Hovard Kendall və “Liverpul”a rəhbərlik edən Kenni Dalqlişin titul uğrunda mübarizəsindən sonra ilk dəfə bu oyunda qarşılıqlı hörmət görəcəyik. “Everton” azarkeşləri 30 ildən sonra “Liverpul”da olduğu kimi, ilk dəfə ulduz məşqçiyə sahib olduqlarını deyə bilərlər.
Karlo Ançelotti “Everton”un əfsanəsinə çevrilə bilər. Ona kubok qazanmaq, “Everton”u Avropaya qaytarmaq üçün şərait yaradılmalıdır”.
“Liverpul” – “Everton” oyunu bu gün keçiriləcək.
Bizi Facebook-da izləyin