“Azərbaycana qayıtdığım üçün xoşbəxtəm” – “Səbail”in futbolçusu
“Səbail”in futbolçusu Hendrik Ekşteyn açıqlama verib.
Komanda.az xəbər verir ki, “kickoff.com” a danışan 29 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə yaranan fasilədə formasını qorumaq üçün evdə məşq etdiyini bildirib:
“Bu günlərdə evə məşq edirəm, çünki çölə çıxıb futbol oynaya bilmirəm. Buna görə də, evdə məşq etmək üçün idman avadanlıqları almışam. Bu avadanlıqları ala bilməyən futbolçulara bir məsləhət verəcəm. Onlar ən azından evdə olan əşyalarla məşq edə bilərlər. Almağınız lazım olan avadanlıqları ala bilmirsizsə, formada qalmaq üçün mümkün olan bütün əşyalardan istifadə etmək məcburiyyətindəsiz. Təbii ki, bu, meydanda və ya idman salonundakı kimi olmayacaq”.
Cənubi afrikalı futbolçu, Bakıdakı vəziyyət və özü haqqında da danışıb:
“Burda tam qapalı vəziyyətdə olduğumuzu deyə bilmərik, çünki çölə çıxa bilirik. Vəziyyət Cənubi Afrikadakı kimi deyil, amma yenə də evdə qalmağın vacibliyini vurğulayırlar. Buna görə də, hər zaman evdə qalırıq, klub bizə məşq proqramı verib.
Mənim üçün hər şey yolunda gedir. Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. İstədiyim yeganə şey futbol oynamaqdır”.
Bizi Facebook-da izləyin