Evdən qaçıb, bara gedib – Dünya çempionatını izləmək üçün
“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki DÇ-2022 ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis öncə uşaqlıq xatirələrini bölüşüb:
“İlk dünya çempionatını 1954-cü ildə izləmişəm. Səkkiz yaşım var idi. Evdən qaçıb futbolu izləmək üçün bara getdim”.
Sakki daha sonra Qətərdə keçiriləcək matçlar barədə danışıb:
“Dünya çempionatlarının bütün oyunlarını eyni həvəslə izləyirəm. Qətərdə keçiriləcək heç bir matçı buraxmayacam”.
DÇ-2022-nin açılış matçında Ekvador millisi turnirin ev sahibi Qətəri məğlub edib (2:0).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin