“Evdə uğurlu seriyamızı davam etdirmək istəyirdik” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

“Mühüm qələbə idi. Evdə uğurlu seriyamızı davam etdirmək istəyirdik. Ağır oyundan gəlmişdik. Bu gün futbolçular ilk dəqiqələrdən xarakter göstərdilər. İstədəyimiz hücumlar oldu. Rəqibin boşluqlarından düzgün istifadə etdik. İkinci hissədə oyun bir az dəyişdi. Futbolçularım uduzmaqdan qorxurdu. Bu da normaldır. Ötən oyunda baş verən hadisələr onlara təsir edib. Belə oyunlar vacibdir. “Səbail” yaxşı rəqibdir. Mövsüm davam edir. Maraqlı çempionatdır. Aşağıdan uşzaqlaşırıq, yuxarıya yaxınlaşırıq. İlk günlə bugünkü “Turan Tovuz” arasında fərq var. Vaxt nə qədər çox olsa, heyət qorunsa, yaxşıya doğru gedəcəyik.

Futbolçularıma demişdim ki, “Səbail”ə bu mövsüm iki dəfə məğlub olmuşuq. Həmişə istəyirəm ki, bütün komandalardan xal ala bilək. Bu gün ümumi durum bizi motivasiya edirdi. Çünki azarkeşlərimiz sevindirmək istəyirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button