“Evdə oynayanda biz çox güclü komanda oluruq”

“Atletik”in baş məşqçisi Ernesto Valverde kral kubokunun finalına yüksəlmələrini şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu qalibiyyətin oyunçuların və azarkeşlərin ortaq qələbəsi olduğunu bildirib:

“Evdə oynayanda biz çox güclü komanda oluruq. Azarkeşlərimizin dəstəyi sayəsində futbolçularımız meydanda ürəklərini və ruhlarını qoyub gedirlər. Bu, oyunçuların və azarkeşlərin ortaq qələbəsidir. Azarkeşlər üçün kubokun finalına çıxmağın nə demək olduğunu bilirik”.

Yarımfinalda Valverdenin komandası “Atletiko”nu ümumi hesabda (1:0 və 3:0) məğlub edib.

Finalda “Atletik” yarımfinalda “Real Sosyedad”ı ümumi hesabda (0:0 və 2:1) məğlub edən “Malyorka” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button