“Napoli”yə qarşı oynadığımız kimi oynaya bilsək…” – Gündoğan

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşıdakı oyunlar haqda danışıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu beynəlxalq fasiləyə qədər yaxşı oynadıqlarını düşündüyünü bildirib:

“Barselona”nın hazırkı səviyyəsi PSJ-ni məğlub etmək üçün kifayətdirmi? Düşünürəm ki, beynəlxalq fasiləyə qədər yaxşı oynadıq, lakin fasilədən sonrakı vəziyyət əvvəlki səviyyədə olmadı. Daha yaxşı oynaya bilərdik, amma qələbə də vacibdir.

Evdə “Napoli”yə qarşı oynadığımız kimi oynaya bilsək, Çempionlar Liqasında şansımız olacaq. Mən buna inanıram. Təbii ki, PSJ-nin yaxşı oyunçuları var. Xüsusilə, onların cinah oyunçularına baxmalı və onlara nəzarət etmək üçün çox yaxşı müdafiə olunmalıyıq. Bunu komanda olaraq etməli olacağıq, edə bilsək, şansımız olacaq”.

Komandalar arasında ilk oyun Fransada, aprelin 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button