“Evansın bu qədər oynayacağı gözlənilmirdi” – Ferdinand

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “qırmızı şeytanlar”ın 36 yaşlı müdafiəçisi Conni Evans haqda fikirlərini bölüşüb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Ferdinand Evansın bu qədər uzun zaman oynayacağını gözləmədiyini bildirib:

“Onun bu qədər yaxşı oynayacağını gözləmirdim. Heç vaxt səhv etməyib, bu, dəlilikdir. Evans topla yaxşı oynayır və gənc oyunçulara böyük təsir göstərir. Yəqin ki, futbolçu karyerasından sonra məşqçiliyə başlayacaq.

Evansın bu qədər oynayacağı gözlənilmirdi, amma işlər onun üçün yaxşı getdiyinə görə, yeni müqavilə təklifi alsa, təəccüblənmərəm. Bununla belə, nə qədər çalışsa da və bir peşəkar kimi ona nə qədər heyran olsam da, həqiqətən də, “Mançester Yunayted”də olmamalıdır. Bu, sadəcə olaraq, komandanın hazırkı səviyyəsini göstərir”.

Evans bu mövsüm 23 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun MY ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button