“Ten Haq artıq kuboklar qazanmağa qadir olduğunu sübut etdi”

“Mançester Yunayted”in müdafiəçisi Conni Evans baş məşqçi Erik ten Haqın liderlik xüsusiyyətini yüksək qiymətləndirir.

Komanda.az “qırmız-şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu, Ten Haqın artıq kuboklar qazanmağa qadir olduğunu sübut etdiyini bildirib:

“Ten Haq artıq kuboklar qazanmağa qadir olduğunu sübut etdi. Onun kubok yarışlarında əla statistikası var. Tez-tez qalib olmaqdan danışır. Klubun buna ehtiyacı var”.

Niderlandlı mütəxəssis iki mövsümdə ingilislərlə iki kubok – 2023-cü ildə Liqa və 2024-cü ildə İngiltərə kubokunu qazanıb.

“Mançester Yunayted” Ten Haqın rəhbərliyi altında 2023-cü ildə İngiltərə kubokunun finalına çıxsa da, həmin matçda “Mançester Siti” daha güclü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button