“Əvəzetmələrimiz uğurlu oldu” – Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Gərgin matç idi. Bu il qələbə qazanmamışdıq. Futbolçularda psixoloji təzyiq var idi. Bu vəziyyətdən çıxmaq lazım idi. İlk hissədə havaya görə oynaya bilmirdik. Futbolçular qaça bilmirdi. Əvəzetmələrimiz uğurlu oldu, bəhrəsini verdi. Bizim üçün çox vacib qələbə idi. Zədəlilərdən və yeni gələnlərdən sonra stabil heyəti qura bilmirik. Yeni oyunçuların üçü də yaxşıdır. Amma onlara zaman lazımdır. Qərara aldım ki, bu futbolçular oyunu gücləndirə bilər. Uğurlu əvəzetmələr oldu.
Yadin Luqasi müdafiə planında bir az axsayır. Bu gün Anasın olmaması oyunumuza çox təsir etdi. O, meydanda qara işləri görəndir. Luqasi də gənc oyunçudur. Öz şansını gözləyir.
Artıq orta sıralarda möhkəmlənmişik. 3 illik llayihəmiz var. Hər il daha da irəli getməyi hədəfləyirik. Qara buludların olacağını düşünmürəm. Müqavilə mənim üçün heç bir önəm kəsb etmir. Mənim istədiyim yaxşı komanda qurmaqdır. Alınmasa, müqaviləm 5 il olsa da, çıxıb gedərəm. Rəhbərliklə mütəmadi görüşürük. Planlarımızı, çatışmayan nüansları deyirik”.
Bizi Facebook-da izləyin