Əvəzedicilərin yarışında da cəzalar açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ-2” – “Neftçi-2” oyununun 87-ci dəqiqəsində “Qəbələ-2” komandasının 71 nömrəli futbolçusu Sənan Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ-2” komandası 50 manat cərimə edilib.
“Qəbələ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.
“Səbail-2” – “Turan Tovuz-2” oyununun 45+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 55 nömrəli futbolçusu Raul Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.
“Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Səbail-2” komandası 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununun 4-cü dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 1 nömrəli futbolçusu Vüsal Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilib.
Bizi Facebook-da izləyin