Evə buraxıldı – Bıçaqlanan futbolçu
“Montsa”nın müdafiəçisi Pablo Mari xəstəxanadan evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən Pablo əməliyyat olunmuşdu. Komanda.az xəbər verir ki, evə buraxılan Mari sosial şəbəkədə belə yazıb:
“Nəhayət, evdəyəm! Milandakı Niquarda Travmatoloji Mərkəzinin bütün həkimlərinə və mütəxəssislərinə şəxsən təşəkkür etmək istəyirəm”.
Mari oktyabrın 27-də Milan yaxınlığındakı ticarət mərkəzində bıçaqlanmışdı. Psixoloji problemləri olan bir nəfər futbolçunu kürəyindən bıçaqlamışdı.
Pablo Mari müqavilə ilə “Arsenal”a məxsusdur. O, “Montsa”da icarə əsasında oynayır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin