
ETOPAZ-ın baş sponsorluğu ilə şirkətlər arasında minifutbol turniri start götürüb
ETOPAZ-ın baş sponsorluğu, Fire League-nın təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlər liqası minifutbol turniri start götürüb.
Komanda.az xəbər verir ki, 1-ci turun oyunları 11 fevral tarixində baş tutub. Turnirdə 22 şirkət hər qrupda 11 komanda olmaqla, 2 qrupda mübarizə aparır.
Xatırladaq ki 2-ci turun qarşılaşmaları 18 fevral tarixində “Yasamal Sportster arena”da keçiriləcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin