Etonun istefa vermək istəyi qəbul olunmayıb

“Barselona”nın keçmiş hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto vəzifəsini tərk etmək qərarına gəlib.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Eto Kamerun millisinin Afrika Millətlər Kubokunda çıxışının müzakirə olunduğu toplantıda istefa qərarını açıqlayıb. Fikir mübadiləsi zamanı federasiyanın İcraiyyə Komitəsi bu qərarı qəbul etməyib. Onlar keçmiş hücumçuya tam etibar etdiklərini bildiriblər.

Eto 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidentidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button