Eto danışılmış oyunların təşkilində şübhəli bilinir

Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto danışılmış oyunların təşkilində şübhəli bilinir.

Komanda.az “Sport News Africa”-ya istinadən xəbər verir ki, iyulun 18-də Etonun “Viktoriya Yunayted” klubunun prezidenti ilə telefon danışığının səsyazısı yayılıb. 2023-cü ilin yanvarında baş verdiyi güman edilən söhbətdə Eto klubun Kamerun yüksək liqasına yüksəlmək məqsədindən bəhs edir. “Viktoriya Yunayted” həmin vaxt 2-ci divizionun turnir cədvəlində sonuncu yerdə olub.

Eto danışılmış oyunlarda iştirakını inkar edib. O, bildirib ki, söhbətdə pulunu yatıran, bəziləri işini görmədiyi üçün futboldan getmək istəyən klub prezidentini müdafiə edib.

“Mən Hakimlər Assosiasiyasının prezidentinə zəng edib dedim: “Ehtiyatlı ol! Bu adam futbola çoxlu pul qoyur, ona görə də, hakimlərin yalnız bir şeyi – komandasının çempionatın ən yaxşılarından biri olmasını istəyən birini “öldürməsinə” icazə verilməməlidir” – deyə, federasiya prezidenti bildirib.

Mövsümün sonunda turnir cədvəlində 2-ci yeri tutan “Stade de Bertou” diskvalifikasiya olunduqdan sonra “Viktoriya Yunayted” Kamerunun yüksək liqasına yüksəlib.

Bundan əvvəl Etonun qızı Erika Do Rosario Nieves atasının bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Eto aliment ödəməməkdə ittiham olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button