Etiraf – “Messiyə mənəvi borcum var”
PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”ya qayıdacağı ilə bağlı məlumatlar dünya mətbuatında müzakirə mövzusudur.
Komanda.az xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta da bu haqda danışıb. Onun dediklərindən belə aydın olur ki, yayılan söz-söhbət boşuna deyil:
“Hiss edirəm ki, bir prezident kimi ona mənəvi borcum var. Messiyə karyerasını bitirmək üçün ən yaxşı anı vermək lazımdır”.
Xatırladaq ki, Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, bütün yarışlarda 776 oyun keçirib, 670 qol vurub və 302 məhsuldar ötürmə edib.
Onun PSJ ilə müqaviləsi 2023-cü ilin yayında bitir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin