“Etiraf etməliyik ki, “Barselona” indi daha yaxşı oynayır” – “Real”ın futbolçusu

“Real”ın hücumçusu Rodriqo Qoes komandasının 2024/25 mövsümündə keçirdiyi dörd “el klasiko”dakı məğlubiyyətə görə “Barselona”dan qisas almaq istəyib-istəmədiyi sualını cavablandırıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu deyib:

“Keçən mövsümü unutmaq daha yaxşıdır. Bilirik ki, əlimizdən gələnin ən yaxşısını etmədik, xüsusən də, “el klasiko”da. Onlarla oynamaqdan narahat idik. Etiraf etməliyik ki, onlar indi daha yaxşı oynayırlar, daha güclü, daha inamlı komandaları var. Amma bizim də əla komandamız var. Çətin matç olacaq, amma biz “Santyaqo Bernabeu”da azarkeşlərimizin önündə oynayırıq və nəyə qadir olduğumuzu göstərməliyik. Nə olursa olsun, hərtərəfli hazırlaşmalıyıq. Biz evdə olacağıq”.

Komandalar oktyabrın 26-da, La Liqanın 10-cu turunda üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button