Etiraf etdi: “Milan”ın matçlarında “qumar” oynayırmış

Daha əvvəl “Milan”da çıxış edən “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali futbol oyunlarına mərc etdiyini etiraf edib.

Komanda.az “La Gazzetta dello Sport”-a xəbər verir ki, 23 yaşlı italiyalının sözlərinə görə, o, “Milan”ın matçlarına mərc edib. Ancaq bunu özü meydanda olmayanda, həmin oyunlarda komandasının qələbəsinə mərc edib.

Tonalinin sözləri təsdiqlənərsə, o, bir illik futboldan uzaqlaşdırılacaq.

Oktyabrın 12-də məlum olub ki, Tonali və onun İtaliya millisindəki komanda yoldaşı Nikolo Zaniolo futbola qanunsuz mərc etməkdə ittiham oluna bilər. İtaliya mətbuatı Tonalinin qumar asılılığından müalicə almağı planlaşdırdığını yazıb.

İtaliya millisinin yarımmüdafiəçisi 2020-2023-cü illərdə “Milan”da çıxış edib. O, yayda “Nyukas”la keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button