
6 ay işləməmiş “Mançester Yunayted”dən ayrılır
Den Eşvort “Mançester Yunayted”in idman direktoru vəzifəsini tərk edəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Eşvort İngiltərə klubuna iyul ayında gəlməsinə baxmayaraq, klubda heç 6 ay işləməyib.
Den Eşvort əvvəllər “Spartak”da çalışmış Pol Eşvortun qardaşıdır.
“Mançester Yunayted” son turda doğma meydanda “Nottingem Forest”ə 2:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin