
“Eştoril”dən Dadaşovsuz qələbə
Futbol üzrə Portuqaliya Sequndasında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Eştoril” 25 oyuna topladığı 44 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin