
“Eştoril” Dadaşovsuz xal itirdi
Futbol üzrə Portuqaliya Sequndasında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Mafra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Eştoril” 22 oyuna topladığı 37 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin