“Estonlara qarşı yaxşı oyun göstərdik” – De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Tallində Estoniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Yaxşı oyun göstərdik. Matça uğurlu başladıq, erkən qol vurduq. Fiziki cəhətdən güclü rəqiblə qarşılaşdıq. Bu üzdən də çox qaçmalı olduq. Əvəzləmələrin üçünü sarı vərəqələrə görə etdik”.
O, seçmə mərhələdə daha bir qələbə qazanacaqlarına ümid etdiyini bildirib.
Baş məşqçi Rahil Məmmədov və Mahir Emrelinin əvəzlənərkən etirazına da reaksiya verib: “Üç gündən sonra çox vacib oyunumuz var. Bəzi futbolçular yorulmuşdular, sarı vərəqələri də var idi. Rahil Məmmədov klubunda az oynayır. Avstriya ilə qarşılaşmanı da düşünməliyik. Rəqib bizi çox qaçmağa vadar edəcək. Bu səbəbdən oyunçularımın hazır olmasını istəyirəm”.
Bizi Facebook-da izləyin