
Estonlar cərimə olunub – Azərbaycan millisi ilə oyunda baş verənlərə görə
UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.
Komanda.az xəbər verir ki, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya – Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.
Qurum buna görə 4875 avro ziyana düşüb.
Oktyabrın 11-də Tallin şəhərində keçirilmiş oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin