Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla qarşılaşma fərqli olacaq”

Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları AÇ-2024-ün seçmə mərhələ oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, isveçrəli mütəxəssis F qrupunun növbəti oyununu Azərbaycan yığmasına qarşı keçirəcəklərini xatırladıb:

“Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda oynamaq, bəlkə də, bir az asan olacaq. Avstriya ilə oyun çox çətin idi. Amma Azərbaycanla qarşılaşma fərqli olacaq. Həmin matçda topa daha çox sahib ola və hücum futbolu göstərə biləcəyik”.

F qrupunun üçüncü turunda keçiriləcək Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button