Estoniya – Azərbaycan matçının hakimləri açıqlanıb

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, UEFA Tallində keçiriləcək qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

Oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button