Essyenin həmyerlisi “Sabah”da

“Sabah” baxışa yeni futbolçu dəvət edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Elşad Əhmədov qanalı hücumçu Daniel Lomoteyi sınaqdan keçirir.

20 yaşlı futbolçu Qananın U-23 yığmasının üzvüdü. Həm hücumçu, həm də vinger kimi oynaya bilən Lomotey bu gün “Sabah”ın “FC Baku” ilə yoxlama oyununda da sınaqdan keçirilib. Start heyətdə meydana çıxan forvard sonadək oynayıb.

“Qərbi Afrika Futbol Akademiya”sının yetirməsi olan futbolçu Qana Premyer Liqasında 5 oyun keçirib.

Lomoteyin “Sabah”da qalıb-qalmayacağına tezliklə aydınlıq gəlməsi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə “Səbail” də Lomoteyin daha məşhur həmyerlisi Maykl Essyeni heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button